FinansFrame LifeMaraqlı

Dünya nəhəngi fındıq üçün Azərbaycana gəldi

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Ferrero” şirkətinin aqrobiznes koordinatoru Daniel Dellaça ilə görüşüb.

Nazirlikdən  bildiriblər ki, görüşün məqsədi Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri, əməkdaşlığın qurulması ilə bağlı müzakirələrin aparılması olub.

Görüşdə çıxış edən Heydər Əsədov qeyd edib ki, ölkəmizdə fındıqçılığın inkişafı üçün böyük potensial var, fermer və sahibkarlar ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə, fındıq bağlarının salınmasına böyük maraq göstərir.

Nazir, həmçinin ölkəmizin coğrafi-iqlim şəraitinin bu sahənin inkişafı üçün əlverişli olduğunu bildirərək deyib:

“Fındıq istehsalı kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bununla yanaşı, məhsulun artırılması məqsədi ilə dövlət tərəfindən fındıq istehsalçılarına güzəştli kreditlər verilir, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılır. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının daha da artırılmasına geniş imkanlar açır”.

“Ferrero” şirkətinin aqrobiznes koordinatoru Daniel Dellaça təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!