Dünya Skaut Komitəsinin üzvlüyünə namizədlərin təqdimatı olub

Avqustun 15-də 41-ci Dünya Skaut Konfransı çərçivəsində 2017-2020-ci illər üzrə Dünya Skaut Komitəsinin üzvlüyünə namizədlərin təqdimatı olub. Ümumilikdə 19 milli skaut assosiasiyasının rəhbərləri Dünya Skaut Komitəsinə üzv olmaq üçün namizədliklərini irəli sürüblər. Onların arasında Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da var.

Frame.az xəbər verir ki, təqdimatla çıxış edən İlyas İsmayıllı 14 yaşından skautlar hərəkatına qoşulduğunu söyləyib. O bildirib ki, təşkilata qoşulan uşaqların təlimlərini, skaut qruplarında iştirakını təmin etmək üçün liderlərə ehtiyac var. Ölkəmizdə daha çox gənci skaut hərəkatına cəlb etmək üçün var gücümüzlə çalışacağıq.

Sonra ABŞ, Danimarka, İsveçrə, Belçika, İngiltərə, İspaniya, Kanada, Braziliya, Avstraliya, Liviya, Livan, Kamerun, Qana, Sudan, Şri-Lanka, Kosta-Rika, Banqladeş və Sudandan olan skaut liderləri təqdimatla çıxış ediblər.

Dünya Skaut Komitəsinə üzv seçiləcək şəxslərin adları 41-ci Dünya Skaut Konfransının üçüncü günü məlum olacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: