Dünya Skautlarının liderləri Bakıya toplaşır

40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşır.

Bakı Konqres mərkəzində baş tutacaq və avqustun 18-dək davam edəcək tədbir Ümumdünya Skaut Hərəkatı Təşkilatları Assosasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

2014-cü ilin 6 avqustunda Azərbaycan Ümumdünya Skautlar Konfransına və Gənc Skautlar Forumuna ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Gərgin mübarizə şəraitində keçən ev sahibliyi uğrunda yarışı Azərbaycan qazanıb.13-cü Gənc Skautlar Forumunun direktoru Nərgiz Balakişiyevanın sözlərinə görə, Azərbaycanın rəqibi tarixi skaut ənənələri olan güclü Malayziyanı 3 il əvvəl Sloveniyada keçirilən konfransda qabaqlayaraq ev sahiliyi hüququna yiyələnib.

41-ci Ümumdünya Skaut konfransında skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətin formalaşdırılması və qarşıdakı dövr üçün rəhbər orqanlara seçkilərin keçirilməsi gündəlikdə olan əsas məsələlərdir.Konfransın funksiyalarına yeni ölkələrin qəbulu mərasimini, Cambori Ümumdünya Skaut toplantısı, Ümumdünya Skaut Konfransı və Gənc Skautlar Forumu da daxil olmaqla skautlar üçün tədbirlərin keçiriləcəyi məkanların müəyyənləşdirilməsi daxildir.

Konfrans çərçivəsində Azərbaycanın regionlarına müxtəlif turlar, həmçinin “Mədəniyyətlə tanışlıq gecələri” təşkil olunacaq. Burada hər bir iştirakçı ölkənin nümayəndələri özlərinin mədəniyyəti və tarixi müxtəliflikləri ilə bağlı nümunələri bölüşəcək, milli geyim, mətbəx, musiqi və rəqslər nümayış olunacaq.

Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman dünyasında isə ikinci tətbirdir.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skautlar Hərəkatı Təşkilatında bizim ölkəni, İlyas İsmayıllının rəhbərliyi altında Azərbaycan Skautlar Assosasiyası təmsil edir. O, eyni zamanda qəbul edən tərəfin təşkilat komitəsinə də başçılıq edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: