Dünya şöhrətli pianoçu mətbuat nümayəndələri ilə görüşüb

Xəbər verdiyimiz kimi sabah «Dünya Turu» çərçivəsində Bakı Konqres Mərkəzində dünyanın əl sürətli pianoçusu Peter Bence-nin konserti keçiriləcək.

Bu gün Beynəlxalq Muğam Mərkəzində “Dünyanın ən sürətli pianoçusu” ləqəbi ilə tanınan Peter Bence-in mətbuat konfansı keçirilib.

Gənc sənətçi media nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırıb, hətta bir neçə dəqiqəlik canlı performans da nümayiş etdirib.

Xatırladaq ki, Peter Bencenin Bakı konserti “MGM Production” tərəfindən təşkil olunub. Musiqiçi 22 noyabrda «Dünya Turu» çərçivəsində Bakı Konqres Mərkəzində çıxış edəcək. Gecənin xüsusi qonağı qismində isə Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovun çıxışı nəzərdə tutulub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: