Baku Shopping Festival

Dünya şöhrətli Canluka Vakki bu axşam möhtəşəm DJ proqramı ilə Bakı Şopinq Festivalının qonağıdır

Bakılılar və şəhərimizin qonaqları Bakı Şopinq Festivalının sürpriz qonaqlarından olan Canluka Vakkinin çıxışını səbirsizliklə gözləyirdilər. Dünya şöhrətli sənətkar bu axşam Bakı auditoriyasının qarşısına çıxacaq.

İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşmış, 9 milyondan çox izləyicisi olan tanınmış Canluka Vakki bu gün – mayın 6-da, saat 22.00-da  Dövlət Bayrağı Meydanında yerləşən “Enerji Club Baku”da DJ proqramı ilə çıxış edəcək.

Canluka Vakki bakılılara və şəhərimizin qonaqlarına müraciətində mayın 6-da unudulmaz “Enerji Club Baku”da unudulmaz anlar vəd edib. Buna görə də həmin möhtəşəm proqramın canlı şahidi olmaq üçün sadəcə bilet alaraq, göstərilən vaxtda və məkanda olmağa tələsin!

Dünya şöhrətli artist ifasını canlı izləmək istəyənlər Festivalın ilk günündən səbirzisliklə onun Bakıya gəlişini gözləyirdilər.

Alovlu rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən italyan biznesmen və filantrop Canluka Vakkinin Bakı Şopinq Festivalı çərçivəsində çıxışı onun Bakıdakı fanatları və izləyiciləri üçün möhtəşəm hədiyyə olacaq.

Məşhur artistin ifasını canlı izləmək istəyən turistlər və paytaxt sakinləri biletləri “Enerji Club Baku”– da ala bilərlər. Biletlərin qiyməti yerindən asılı olaraq, 50 manatdan başlayır. Biletlərin ünvana çatdırılması üçün sifariş etmək istəyənlər 050-501-00-80 nömrəsinə zəng edə bilərlər.

Aprelin 10-dan başlamış və cəmi dörd gündən sonra başa çatacaq Bakı Şopinq Festivalı ötən bir ay müddətində ölkəmizdə təkcə turizm və ticarətin inkişafına deyil, həmçinin mədəni proqramların təşkilində də əvəzsiz rol oynadı. Bu proqramlardan biri olan Canluka Vakkinin möhtəşəm DJ proqramının xüsusi maraqla qarşılandığı və turistlərlə yanaşı, Bakı sakinlərinin də diqqət mərkəzində saxladıqları Bakı Şopinq Festivalına bu barədə edilən çoxsaylı müraciətlərdən də hiss olunmaqdadır. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!