Dünya ulduzlarına və məşhur DJ-lərə ən yaxın olmaq istəyənlərin nəzərinə!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarış həftəsonu ərzində hər gün axşam saatlarından etibarən ardıcıllıqla keçiriləcək konsert və partilərdə dünya ulduzları və məşhur DJ-lərə ən yaxın mövqedə yer tutmaq istəyən əyləncəsevərlərə xüsusi imkan təklif edir.

Belə ki, arzuedən hər kəs “Golden Circle” adlanan səhnənin tam qarşısındakı hissəyə bilet alaraq Bakıya təşrif buyurmuş dünya şöhrətli sənətçilərin möhtəşəm performanslarını ən yaxından izləyə biləcək.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsonu ərzində tamaşaçılar üçün hər ötən il daha geniş imkanların təqdim olunduğunu bildirib: “Biz ötən illərdə olduğu kimi bu ildə dəFormula 1 yarış həftəsonunu paytaxt Bakıda festival ab-havasında keçirməyə çalışırıq. Bu baxımdan builki əyləncə proqramını müxtəlif tədbirlərlə rəngarəng etmişik ki, həm şəhər sakinlərinin zövqünə uyğun, həm də onlar üçün əlçatan olsun.

 Bu həftəsonu baş tutacaq Fomula 1 Azərbaycan Qran Prisində tamaşaçılar F1 pilotları, dünya ulduzları və məşhur DJ-lərə hər zamankindən daha yaxın olacaqlar.

 “Golden Circle” da bu məqsədə xidmət edir. Siz səhnənin tam qarşısında yerləşən bu zonayabilet almaqla bu möhtəşəm əyləncədə öz kumirlərinizlə birbaşa təmasda ola biləcəksiniz”.

Yarışa bileti olan tamaşaçılar “Golden Circle” imkanından yararlana biləcəklər. Bunun üçün bilet sahibləri aldıqları biletə ya gündəlik əlavə 80 AZN, ya da bir dəfəyə üç gün üçün cəmi 200 AZN ödəniş etməlidirlər.

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-i əvvəlcə səhnəyə Jamiroquai qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-i bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaq.

Həmçinin DJ-lərin iştirakı ilə baş tutacaq partilərə biletlər gündəlik satılır və bu biletlərin birgünlük qiyməti “Golden Circle” üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Əyləncə həvəskarları partilər üçün biletləri www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərin müvafiq kassalarına yaxınlaşaraq ala bilərlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: