Dünya xalqlarının yeni il bayramına bir günlük səyahət

Dekabr ayının 28-də “Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda “Dünya xalqlarının yeni il bayramına bir günlük səyahət” adlı musiqili əyləncəli yeni il şənliyi təşkil olunacaq. Tədbirin keçirilməsində məqsəd Qala və Qalaətrafı qəsəbələrin valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud, o cümlədən yoxsul, maddi imkanı zəif uşaqların sosial-mədəni inkişafına dəstək olmaqdır.

İki hissədən ibarət olacaq yeni il şənliyi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu-Arxeoloji Etnoqrafik Muzey Kompleksi və Əntiq Əşyalar Muzeyində təşkil olunacaqdır.
Dünya xalqlarının yeni il personajları yeni il şənliyini daha da maraqlı və əyləncəli edəcək. İtalyanların dəyişkən təbiətli və xristianlığa qədərki dövrəaid olduğu bilənən mifoloji yeni il personajı Befana, özbək xalqının yeni il personajı Korbaba, Çex xalqının məşhur yeni il personajı, mələk və şeytanın müşayiəti ilə ulaqda yeni il günü evlərə gələrək uşaqlara müxtəlif hədiyyələr gətirən Müqəddəs Mikulaş uşaqlara çox fərqli yeni il əhvalı və bir-birindən maraqlı hədiyyələr bəxş edəcək.

Yeni il personajları ilə şən ünsiyyətdən sonra əbru sənəti, qədim çörəkbişirmə, xınaçəkmə, xalçaçılıq, dulusçuluq, dəmirçilik sənətləri nümayiş olunacaq, uşaqlara bilavasitə bu sənətləri öyrənə və tətbiq edə bilmə şansı veriləcək. Uşaqlar su üzərində rəsmlər çəkəcək, əllərini xına ilə bəzəyəcək və öz bişirdikləri lavaşın dadına baxa biləcəklər.
Saat 13:00-dan 17:00-dək davam edəcək şənlikdə uşaqlar Bakı Uşaq Teatrının hazırladığı yeni il şənliyi proqramını, sehrbazın çıxışını, Veniamin şou və Kimyəvi şounu izləyəcək, Şaxta Baba, Qar qız və nağıl personajlarının iştirakı ilə müxtəlif şeir, rəqs müsabiqələrində iştirak edəcəklər. Uşaqlarınıza və sizə xoş və unudulmaz bayram əhvalı bəxş edəcək yeni il şənliyi köpük şounun təqdimatı ilə yekunlaşacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni il şənliyində iştirakınızı daha asanlaşdırmaq məqsədilə İçərişəhər metro stansiyasından Qala qoruğuna gediş-dönüşünüzü təmin edəcək rahat və komfortlu avtobuslar da təşkil edib. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: