Dünyaca məşhur DJ Afrojack2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

Afrojack Jamiroquai-dən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, 27 aprel tarixində Jamiroquai-nin iştirakı ilə baş tutacaq axşamkonsertinin ardınca dünyaca məşhur DJ – Afrojackəyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. Əvvəlki illərdəkindən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında keçiriləcək.

“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətlisənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb sevilməkdədir. Onun bəstələdiyi treklər sırasına Beyonce-un“Run The World (Girls)”, Madonnanın David Guetta ilə birlikdə ifa etdiyi “Revolver”və Ne-Yo ilə Pitbull-un birgə səsləndirdikləri “Give Me Everything” mahnıları daxildir.

Sırf bu il ərzində Afrojack Dirtcaps ilə birlikdə “Bad Company” trekini, yenidən David Guetta və Sia ilə birlikdə “Helium” trekini və həmçinin U2-nun “Get Out Of Your Own Way” mahnısının remiksini buraxıb. O, yaxın dostu David Guetta ilə sıx əməkdaşlığa davam edir və onlar bu ilin sonunda“İbiza”-da birlikdə çıxış edəcəklər. Bundan başqa, iki dost ötən il Ester Dean ilə birlikdə ifa olunan “Another Life” və Charli XCX və French Montana ilə birlikdə səsləndirilən “Dirty Sexy Money” mahnılarını ərsəyə gətiriblər.

Madonnanın David Guetta ilə birgə ifa etdiyi “Revolver” mahnısına Afrojack-in 2011-ci ildə yazdığı “One Love Club” remiksi “Grammy” mükafatında qeyr-klassik janr kateqoriyasında ilin ən yaxşı remiksi adına layiq görülüb. O, indiyədək ümumilikdə 4 dəfə mükafata yiyələnib. Digər üç mükafatı Leona Lewis-in “Collide” mahnısının remiksinə, Chris Brown-un “Look at Me Now” və Ne-Yo, Pitbull və Nayer-in birgə ifa etdiyi “Give Me Everything” mahnılarına yazdığı bəstələrə görə əldə edib.

Bu yaxınlarda Afrojack yenidən “Wynn Las Vegas”-a qayıdacağı barədə açıqlama verib və məşhur DJ bu il bu məkanda əyləncə proqramı ilə ilboyu çıxış edəcək. Həmçinin o bu il “Ultra Miami” festivalının 20 illiyi ilə əlaqədar keçirilən konsert proqramlarında iki dəfə çıxış edib və bu konsertlərin birinə Oliver Rosa ilə birgə səsləndirdikləri “Lost” mahnısını ifa etmək üçün Vassy ilə birlikdə qatılıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-in Bakıya gəlişinə çox sevindiyini bildirib: “Builki Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Afrojackkimi DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Afrojack elektronik rəqs musiqisinin ən nüfuzlu və istedadlı sənətçilərindəndirlər. O, cümə günü gecə saatlarında səhnəyə çıxaraq yarış həvəskarlarını öz məşhur trekləri ilə əyləndirəcək. Yarış təşkilatçılarından çox azının təklif etdiyi bu canlı əyləncə proqramı F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Bakıda hər gecə səhərədək əyləncə olacaq! Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına saat 23:00-dan etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan,www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:

  Yer Ünvan
1 Park Bulvar 92 Neftçilər Prospekti, Park BulvarTM 10:00 – 22:00
2 ASAN 2 (AMAY) ASAN, Alfred Nobel küç. 23, Xətai
3 ASAN 3 (Fresco Market) ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal
4 Gənclik Mall Fətəli Xan Xoyski 38, Bakı 10:00 – 22:00
5 HeydərƏliyevSarayı Bül-Bül pr.35., Bakı 11:00 – 19:00
6 Kiosk 1 (Azərbaycankinoteatrı) Rəsulzadə və Əziz Əliyev kəsişməsində 12:00-21:00
7 Kiosk 2 (Kontinental Market) Nizami küç.95 11:00 – 19:00
8 Kiosk 3 (HökümətEvi) Üzeyir Hacıbəyli küç. 69 10:00-18:00
9 28 Mall Azadlıq pr 45 TM 28 MALL 10:00-22:00

 

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dörd günlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: