Covid-19SağlamlıqTəqdimat

Dünyada COVID-19 qurbanlarının sayı beş milyonu ötüb

Dünya üzrə koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb.

Bunu federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universitetinin məlumatlarına istinadla xəbər veririk.

Hazırda dünyada COVID-19 səbəbi ilə ölüm hallarının sayı 5 milyon 4 min 407-yə çatıb.

Dünyada koronavirusa aşkar olunan yoluxma hallarının sayı 247 milyon 306 mini keçib.

Koronavirus xəstələri arasında ən çox – 746 mindən artıq ölüm halı ABŞ-da qeydə alınıb.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına 531 min 370 yoluxma faktı qeydə alınıb, 494 min 179 nəfər müalicə olunaraq sağalıb, 7 min 74 nəfər vəfat edib, aktiv xəstələrin sayı 30 min 117 nəfər təşkil edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!