Dünyanın ən qədim oyunu

Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə şahmat Hindistanda yaradılmışdır.

Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixinin e.ə. III-II minilliklərə aid olduğunu söyləməyə imkan verir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata V əsrə aid fars poemasında təsadüf olunur. Şahmat oyunu Hindistandan İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılmışdır. Avropada bu oyun haqqında ilk məlumat 1010-cu ilə aiddir.

Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperiyasının da şahmatın inkişafında rolu az olmamışdır. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.

Şahmat daşları. Sol doğru sağ: ağ şah, qara top, qara vəzir, ağ piyada, qara at və ağ fil
Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı.

Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.

İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. XIX əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits.

1850-ci illərdən etibarən ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.

Şahmat iki tərəfin – ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur.

Şahmat lövhəsi 64 – 32 ağ və 32 qara xanadan ibarətdir.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: