Dünyanın ən sürətli pianoçusunun möhtəşəm konserti baş tutdu

Dünyanın ən sürətli pianoçusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşən Peter Bense Bakı Konqres Mərkəzində konsert verib.

Frame.az xəbər verir ki, P.Bense Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib:

“Bakıda olmağımdan çox şadam. Sizi çox sevirəm, yaxşı ki, buradasınız. Yeməklərinizi çox bəyənirəm.”

O, konsertə vətəni Macarıstanla bağlı olan ifa ilə başlayıb. P.Bense Azərbaycan dilində tamaşaçılara təşəkkür də edib.

Konsertin fəxri qonağı Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov olub. Ş.İmanov və P.Bense Azərbaycanın xalq musiqisi olan “Sarı gəlin”i birgə ifa ediblər.

“Cəld barmaqlar” ləqəbli P.Bense konsert zamanı həm köhnə, həm də yeni albomundan olan musiqiləri səsləndirib.

Qeyd edək ki, Peter Bence 2012-ci ilin yanvar ayında dəqiqədə 765 not-a vuraraq Ginnesin Rekordlar kitabına adını yazdırıb. O ilk bəstəsini 7 yaşında yazıb, ilk albomunu 11 yaşında çıxarıb. Peter klassik və populyar musiqilər arasındakı sərhədləri pozan, heyranedici və təsirli bir fortepiano üslubu ilə bütün dünyanın diqqətini öz üzərinə çəkə bilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: