MaraqlıSəyahət

Dünyanın ən qeyri-adi restoranları (2-ci hissə)

Frame.az sizə dünyanın ən qeyri-adi restoranlarını təqdim edir. (Əvvəli 1 ci hissədə).

Yer qatından hündürdə restoran

Yer üzərindəki 50 metr hündürlükdə sizə nahar etmək Brüsseldəki “Dinner in the Sky” restoranı təklif edir. Restoranda ümumi 22 nəfərlik yer var – 3 aşpazı, ofosiantları və konferansyeni saymamaq şərti ilə. Masa, talvar, çıraq, təhlükəsizlik kəmərləri ilə kreslolarla birgə bütün bu kompaniyanı “göyə” kran qaldırır. Restoranın ümumi çəkisi təqribən 2,2 tondur.

14

Düz bağırsaq

Avstriyanın paytaxtı Vyanada hollandiyalı dizaynerlər görünüşü ilə düz bağırsağı xatırladan barın təqdimatını keçiriblər. Barın yaradılmasında əsas ideya kimi insanın həzm sistemi götürülüb. Dizaynerlər bu qeyri-adi restoranda bütün xırdalıqları nəzərə alıb – dil, mədə, qida borusu, bağırsaqdan tutmuş həzm olunmuş qidanın insan bədənindən çıxdığı yerə kimi.

22

Şəlalənin dibində

“Villa Escudero” restoranının əsas diqqətəlayiq yeri şəlalədir. Bir vaxtlar insanlar bu coşqun şəlaləni betonla “qandallayıb” abadlaşdırıblar. Restoran ziyarətçiləri burada şalvarlarını çirmələyib gəzirər, çünki suyun səviyyəsi 15-20 santimetr təşkil edir. Yemək yeməzdən öncə və ya sonra şəlalənin isti sularından həzz almaq və ya hündürlükdən düşən suyun gözəl mənzərəsini seyr etmək olar.

14

Qala içində restoran

“Grotta Palazzese” restoranı yalnız yay fəslində işləyir, dənizə çıxan əhəng daşı mağarasında yerləşir. Restoranda italyan mətbəxidir. Burada unudulmaz yay axşamı keçirmək olar, yay mehi, gözəl musiqi və dənizə açılan möhtəşəm mənzərədən həzz almaq mümkündür. Restoranda olarkən sizdə elə bir təəssürat yarana bilər ki, guya siz gəmidəsiniz və onun göyərtəsinə çırpılan dalğalar sizi qalalar arası ilə maraqlı səyahətdə müşayiət edir.

14

Ağacda restoran

Tailandın “Soneva Kiri” 5-ulduzu otelində ağac başında nahar etmək olar. Otel sahibləri unikal restoran düşünüb hazırlayıb. Onlar iri hörmə zənbilləri yerli ekzotik ağacların başına bağlayır və 4,5 metr hündürlüyə qaldırırlar. Belə zənbil-yuvalarda masalar və oturacaqlar qoyulub ki, burada ləzzəti nahar etmək mümkündür. Ofosiantlar xüsusi kəndir “yollarla” hərəkət edərək qonaqlara xidmət göstərirlər.

14

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!