“Duz, istiot zövqə görə” ana və iki övladının ağrılı həyatından bəhs edir

Fevralın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Teymur Hacıyevin xronometrajı 21 dəqiqə olan “Duz, istiot zövqə görə” filmi nümayiş olunacaq.

Frame.az xəbər verir ki, qadın və onun iki övladının həyatından bəhs edən ekran əsərində qəhrəmanlar bir evdə yaşasalar da, onların ruhu bir-birindən aralı düşüb. Kimsə gərək onların həyatını yaxşılığa doğru dəyişməyə cəhd göstərsin, amma üç nəfərdən heç biri hazır deyil.

Film Azərbaycan dilində nümayiş olunacaq.

Qeyd edək ki, rejissorun sayca üçüncü ekran əsəri olan “Duz, istiot zövqə görə” filminin beynəlxalq premyerası bu yaxınlarda keçirilən Rotterdam Beynəlxalq Film Festivalında reallaşıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: