MədəniyyətSərgi

Edita Suxotskitenin əsərlərindən ibarət “İlham pərisi” adlı sərgi açılacaq

Mayın 25-də Bakıda Litvanın məşhur rəssam Edita Suxotskitenin əsərlərindən ibarət “İlham pərisi” adlı sərgi açılacaq.

“Art Tower” qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Rəssam uzun müddət bütün cizgiləri, kölgələri, nöqtələri düşünür. Yalnız hər şey ürəyincə olmasına əmin olarkən iş prosesinə başlayır. Bu, onun dəst-xəttində xüsusi iz qoyur. Onun əsərlərinin maraqlı cəhəti detallara xüsusi diqqət yetirməsidir. Rəsmlərinin əsasını aydın modellər, parlaq eskiz ifadəliliyi təşkil edir.

Edita Suxotskitenin əsərləri ilə tanış olandan sonra Azərbaycanda onun sərgisinin keçirilməsini təklif etdiklərini və rəssamın bu təklifi qəbul etdiyini söyləmişdir. O, rəssamın özünün sərgidə iştirak edə bilmədiyini diqqətə çatdıraraq bildirmişdir ki, təqdim edilən əsərlər sırf Azərbaycana aiddir və ilk dəfə nümayiş olunur. Qeyd edilmişdir ki, bu əsərlər Şərq motivi əsasında, xüsusi incəlik və məharətlə işlənmişdir.

Ekspozisiyada qrafika janrında işlənmiş 40 əl işi sərgilənəcək.

Mayın 25-dən iyun ayının 8-dək davam edəcək sərginin məqsədi Azərbaycan və Litva arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.

Giriş sərbəstir

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!