Faydamız OlsunMotivasiyaMəsləhət

Effektiv yatmaq üçün üsullar

Bəzi uğurlu iş adamları nəinki çox işləyir, onlar eyni zamanda az da yatırlar, çünki yuxu kimi əvəzsiz və faydalı bir məşğuliyyətə bəzən kifayət qədər vaxt qalmır. Amma razılaşaq ki bir tək kofein və bir neçə saatlıq yuxu heç də kifayət etmir.
Bu məqaləmizdə qısa zaman ərzində yatıb yuxunuzu ala bilməyiniz üçün effektiv və sadə üsuları sizinlə paylaşmaq istərdik.
Öz bioloji saatınıza köklənin. Bir rejim təyin edin və ona riayət edin. Hər səhər siz əla əhval-ruhiyyə ilə oyanacaqsınız.
Yuxudan öncə sakitlik tələb olunur. Son həddə qədər çalışmayın. Sizin bədəninizə uyğunlaşıb rahatlaşmaq üçün vaxt lazımdır. Hər axşam yatmazdan öncə kitab oxumağı və ya televizora baxmağı yoxlayın.
Yataq otağından bütün rəqəmsal cihazları yığışdırın. Yataq otağı yatmaq üçün nəzərdə tutulub, telefon və ya planşet isə sizi yayındıracaq.
Yataq otağında sərin olmalıdır. Optimal temperatur adət etdiyiniz 21 deyil 15-18 dərəcə olmalıdır.
Öz problemlərinizi və ya görüləcək işləri qeyd edin və ya gündəlik tutun. Çox zaman növbəti gün həyata keçiriləcək işlər barədə çox düşündüyümüzdən yuxuya gedə bilmirik. Hər bir şeyi kağıza köçürün və yuxuya gedin.
Sadə səsə və ya təbiətin səsinə qulaq asın. Hətta yuxuda belə sizin beyniniz səslərə qulaq asır. Sadə səs və ya təbiət səsləri isə yayındırıcı faktorların qarşısını alır.
Səhərədək kofein barədə düşünməyin. Onun sizin orqanizminizə təsiri 14 saata qədər davam edə bilər.
Bir daha qeyd etmək istərdik ki, yataq otağı yemək və ya işləmək üçün deyil, yatmaq üçündür. Sizin beyniniz bu otağı istirahət ilə əlaqələndirməlidir.
Sizə gündəlik neçə saatlıq yuxu lazım olduğunu təyin edin. Bəziləri əmin edirlər ki, onlara sutka ərzində dörd və ya beş saatlıq yuxu kifayət edir. lakin bütün bunlar individual xarakter daşıyır. Bir dəfə zəngli saatı söndürün və nə zaman oyanacağınıza fikir verin – məhz bu sizin orqanizminizə lazım olan yuxu vaxtı olacaq.
Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!