Emin Akif – ” Sıfır dərəcə” adlı kitabının təqdimat günü

Əlizadə Emin Akif oğlu 11 iyun 1994-cü il Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

Təhsil almağa 2001-ci ildə Rüstəm Əliyev adına 3 saylı orta məktəbdə başlamış 2007- ci ildə BSU nəzdində humanitar liseyində davam etmiş, 2012-ci ildə lisey məzunu olmuşdur.

Elə həmin il Bakı Neft Energetika kollecinə Menecment ixtisası üzrə qəbul olmuş və 2015-ci il məzun olmuşdur.

Daha sonra BSU Yaradıcılıq fakültəsinə qəbul olub və hal-hazırda təhsilini davam etdirir.

Ədəbiyyata olan böyük həvəsi onu bu yöndə təhsil almağa, yazmağa vadar edib.

Müxtəlif ədəbi saytlarda, həmçinin “Ulduz”, “Yazı” , “Naxış” ədəbi jurnallarında çap olunmuşdur.

“ Sıfır dərəcə“ adlı kitabı şairin oxucularla ilk görüşüdür.

Təqdimat İyulun 2-də Akademik kitab evi-də keçiriləcəkdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: