Frame LifeSəyahət

Enerji səmərəliyinin qiymətləndirilməsi mövzusunda konfrans keçirilib

“Fairmont Bakı” hotelində 25 aprel 2017-ci il saat 10:00 radələrində Binaların enerji modelləşdirilməsi və “Fairmont Bakı” hotelinin enerji səmərəliyinin qiymətləndirilməsi mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Rusiya və Britaniya mütəxəssisləri “Alov Qüllələri” binalar kompleksinin enerji istehlakı modeli və yeni “REEN ZOOM AZERBAİJAN” qiymətləndirmə standartı barədə məlumat verib.

Təhlil nəticəsində “Fairmont Bakı” hotelinin mühəndis sistemləri yuxarıda göstərilən standartın 71 xalını yığıb. Bunun əsasında Azərbaycan Yaşıl Tikinti Şurası tərəfindən “5 yaşıl ulduz” sertifikatının təqdimetmə mərasimi keçirilib.

“Fairmont Bakı” hoteli daim enerji səmərəliliyinə yüksək diqqət yetirmiş və bu sahədə lazımi bütün addımları atmışdır. Hotelin qonaq otaqlarında ağıllı ev sistemi quraşdırılmışdır. Belə ki, qonaq açarı ilə qapını açdığı zaman avtomatik olaraq otaq işıqlanır, pərdələr avtomatik açılır və kondisioner yuxu rejimindən komfort rejiminə keçir. Bu senaryonun adı xoş gəlmisiniz adlanır. İctimai yerlər də, eyni zamanda ağıllı ev sistemi ilə avtomatik idarə olunur. Belə ki, günün saatlarına uyğun olaraq işıqlanma sistemi fərqli modlara keçir. Bütün hotel boyu enerjiyə qənaət tipli “floresan” və son zamanlar isə led tipli işıqlanma sistemlərinə keçilmişdir. Su təchizatında axar çeşmələr avtomatik sensorlarla təmin olunmuşdur. Su başlıqları daha ekonomik başlıqlarla əvəz olunaraq 2 dəfə suya qənaət olunmuşdur.

Qeyd etmək lazımdır ki, enerji modelləşdirmə inşaatda, interyer dizaynda və s. güclü bir alətdir. Səmərəliklə bərabər bu üsul otaqların mikroiqlimi, hətta binanın, yaxud otağın dizayn layihə mərhələsində qiymətləndirir. Bu üsul pəncərələrin günəş trayektoriyasına nisbətən oriyentasiyasını, quraşdırılmış istilik və havalandırma qurğuları, hətta insan bədənin emissiyasını nəzərə alaraq istənilən nöqtədə havanın hərarətini, rütubəti, havanın surətini, müxtəlif qoxuların konsentrasiyasını yüksək dəqiqliklə təyin edir və bununla otaqlarda yaşayan və çalışan insanların komfortunu təyin edir.

Hazırda əhali tərəfindən bu üsuldan az məlumatlanma nəticəsində tələbat yoxdur və memarlar, dizaynerlər, tikinti mühəndisləri belə xidmət təqdim etmirlər. Nəticədə mənzillərin və binaların tikintidən və təmirdən sonra istismar zamanı gözlənilməz sürprizlər büruzə verir və komfort və optimal enerji istehlak şərtləri təmin olunmur. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!