EPL 21-ci tur

Turun açılış matçında Tottenhem doğma meydanda Vest Bromviç komandasını qəbul edib. Oyuna fəal başlayan ev sahibi komanda artıq matçın 12-ci dəqiqəsində hesabı açmağa müvəffəq oldu. Eriksen’dən dəqiq ötürmə alan Keyn hesabı açdı 1:0. Görüşün 26-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Mc’Auley topu öz qapısına göndərdi 2:0. Fasiləyə 2:0 hesabı ilə üstün durumda yollanan Tottenhem ikinci hissədə də hücumlarını davam etdirdi. Oyunun 77-ci və 83-cü dəqiqələrində daha 2 dəfə rəqib qapısına yol tapan Keyn cari çempionatda ilk het-trikini rəsmiləşdirmiş oldu. 4:0 hesabı ilə qələbə qazanan ev sahibi Tottenhem turnir cədvəlində 45 xalla ikinci pillədə qərarlaşıb.

Arsenal komandası səfərdə Suonsi’ni darmadağın etdi 0:4. Hazırda yüksək formada olan Olivye Jiru bu matçda da fərqlənməyə müvəffəq oldu. Çelsi komandası isə son İngiltərə Çempionu Lester’in qapısından 3 cavabsız top keçirtdi.

Pep Guardiola’nın çalışdırdığı Mançester Siti komandası isə heç cürə özünə gələ bilmir. Komada bu turda səfərdə Everton’a 4:0 hesabı ilə məğlub olub.

Turun mərkəzi qarşılaşması bazar günü Mançester Yunayted – Liverpul komandaları arasında keçirilib. Hesab matçın 27-ci dəqiqəsində açılıb. Ceyms Milner penalti zərbəsi ilə komandasını hesabda önə keçirib. Lakin ikinci hissədə fəallaşan Mançester Yunayted məğlubiyyətdən qaça bilib. Görüşün sonuna 6 dəqiqə qalmış komandanın İsveç’li ulduzu Zlatan İbrahimoviç fərqlənib 1:1. 21 turdan sonra aktivində 52 xalı olan Çelsi turnir cədvəlinin lideridir.

Tottenham 4 – 0 West Bromwich Burnley 1 – 0 Southampton Hull City 3 – 1 Bournemouth Sunderland 1 – 3 Stoke City Swansea City 0 – 4 Arsenal Watford 0 – 0 Middlesbrough West Ham 3 – 0 Crystal Palace Leicester City 0 – 3 Chelsea Everton 4 – 0 Manchester City Manchester United 1 – 1 Liverpool

İspaniya La Liqa 18-ci tur:

Turun açılış matçında üz-üzə gələn Leqanes və Atletik Bilbao komandaları qalibi müəyyən edə bilmədilər 0:0. Çempionatın favoritlərindən olan Barselona öz meydanında Las Palmas komandasını darmadağın edib 5:0. Valensiya nəhayət ki, bu tur azarkeşlərini sevindirə bilib. Espanyol’a 2:1 hesabı ilə qalib gələn “Yarasalar” 18 turdan sonra turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Atletiko Madrid öz meydanında Betis’i minimal hesabla məğıub edib. Turun mərkəzi qarşılaşması Sevilya şəhərində Sevila – Real Madrid komandaları arasında keçirilib. Görüşün ilk hissəsində qapılara top vurulmadı. 67-ci dəqiqədə Ronaldo’nun penalti zərbəsindən vurduğu qol sayəsində hesabda önə keçməsinə baxmayaraq Real Madrid qələbə hesabını qoruya bilmədi. Oyunun 85-ci dəqiqəsidə Serxio Ramos başla topu öz qapısına göndərdi 1:1. 90-cı dəqiqədə komandanın yeni transferi Yovetiç Keylor Navas’ın qapısına yol taparaq Sevillya’nın 2:1 hesablı qələbəsini rəsmiləşdirdi.

Bu məğlubiyyətdən sonra Real Madrid komandasının 40 oyunluq məğlubedilməzlik seriyası qırıldı. 18 turdan sonra Real Madrid komandası 40 xalla turnir cədvəlinə başçılıq edir. Qeyd edək ki, Real Madrid 40 xalı 17 oyuna əldə edib. Komandanın ehtiyatında daha 1 keçirilməmiş oyun var.

Aktivində 39 xalı olan Sevilya ikinci 38 xalı olan Barselona komandası isə üçüncüdür. Leganes 0 – 0 Athletic Bilbao Barcelona 5 – 0 Las Palmas Atletico Madrid 1 – 0 Real Betis Deportivo 0 – 0 Villarreal Valencia 2 – 1 Espanyol Celta Vigo 1 – 0 Alaves Granada 1 – 1 Osasuna Sporting Gijon 2 – 3 Eibar Sevilla 2 – 1 Real Madrid Malaga 0 – 2 Real Sociedad

İtaliya A Seriyası 20-ci tur:

İtaliya A Seriyasının 20-ci turu məhsuldar alınıb. Keçirilən 10 oyunda qapılara 30 qol vurulub. Turun mərkəzi qarşılaşmasında Fiorentina öz meydanında çempionaın lideri Yuventus’a 2:1 hesabı ilə qalib gəlib. Yuventus’u qarabaqa izləyən Roma bu turu qələbə ilə bitirib. Nainqqolan’ın yeganə qolu sayəsində Roma Udineze’ni səfərdə 1:0 hesabı ilə məğlub edib.

Son turlar ardıcıl qələbələri sıralayan İnter’in bu dəfə ki, qurbanı Kyevo komandası olub. Bu qələbə sayəsində İnter turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Sassuolo öz meydanında Palermo’ya, Kalyari komandası isə Cenoa’ya 4:1 hesabı ilə qalib gəlib. Torino – Milan oyunu heç-heçə başa çatıb 2:2.

Napoli çempionatın autsayderlərindən olan Peskara komandasına 3:1 hesabı ilə qalib gəlib. 20 turdan sonra Yuventus 45 xalla birinci, Roma 44 xalla ikinci, Napoli komandası isə 41 xalla üçüncüdür.

Crotone 0 – 1 Bologna Inter 3 – 1 Chievo Cagliari 4 – 1 Genoa Lazio 2 – 1 Atalanta Napoli 3 – 1 Pescara Sampdoria 0 – 0 Empoli Sassuolo 4 – 1 Palermo Udinese 0 – 1 Roma Fiorentina 2 – 1 Juventus Torino 2 – 2 Milan

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: