Ermənistanın Eurovision təmsilçisinin yalanı üzə çıxdı

Frame.az Sputnik.az-a istinadən xəbər verir ki, Ermənistanın “Eurovision-2016” müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyan www.eschalley.com saytına müsahibəsində qeyd edib ki, Azərbaycanın “Eurovision-2017″dəki təmsilçisi Diana Hacıyevanın “Skeletons” mahnısı ötən il Mukuçyana təklif olunsa da, o mahnıdan imtina edib.

Diana Hacıyevanın bu mahnısının musiqisinin müəllifi kimi İsa Məlikov qeyd olunub. Sözlərin müəllifi isə isveçli Sandra Byermandır. Sputnik Azərbaycan Mukuçyanın iddiasını araşdırmaq üçün hazırda Kiyevdə olan İsa Məlikova müraciət edib. Məlikovun sözlərinə görə, “Skeletons”un musiqisi 2017-ci ilin əvvəlində xüsusi olaraq Diana Hacıyeva üçün yazılıb, fevralda isə sözlərinin yazılması üçün Sandra Byermana göndərilib.

“Sandra Diananı tanıyır, ona görə də Diananın əsasən hansı mahnıları oxumağa üstünlük verdiyini bilirdi. Onun musiqiyə yazdığı sözlər Diananın çox xoşuna gəldi. Mahnı belə yarandı və ona görə də hüç cür ötən il erməni müğənnisinə təklif edilə bilməzdi”- Məlikov bildirib. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: