Beynəlxalq Muğam Mərkəzində Peru və Azərbaycan musiqiçilərinin möhtəşəm konserti keçirilib

Mayın 4- də Beynəlxalq Muğam Mərkəzində Perudan gəlmiş etnik musiqiçilər Karl Struyf və Aleksandro Riva “Charango meets Mugam” adlı möhtəşəm konsertlə çıxış ediblər.
Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci “IMAGINE” Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.

2-ci “IMAGINE” Avro Tolerant Təsviri incəsənət festivalı may ayının 2-dən 17-nə qədər davam edəcək.Festival çərçivəsində musiqili çıxışlar, ustad dərsləri, teatr, film nümayiş olanacaqdır.

“Charango meets mugham” adlı konsertdə Karl Struyf (çarango) və Aleksandro Riva (gitara) İspandilli ölkələrin Latın Amerikan musiqisində mahnıları ifa etdilər.
Konsertdə həmçinin Əməkdar artistlər tarda Sahib Paşazadə ,kamançada Toğrul Əsədullayev,eləcə də istedadlı xanəndə Nisbət Sədrayevanın birlikdə ifaları gecəyə rəng qatıb.
Konsert dövlət qurumlarının və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki mayın 6- da festival çərçivəsində baş tutacaq “Rembetiko meets Mugam” adlanan konsertdə isə adı çəkilən Azərbaycan musiqiçiləri Yunanıstandan gəlmiş etnik ifaçılar ilə birlikdə çıxış edəcəklər. Konsert saat 20:00-da başlayır.
Biletlər şəhərimizin kassalarında, “Asan Xidmət” mərkəzlərinin kassalarında və iticket.az saytında satılır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: