EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Mərakeş etnik musiqisi səslənib

Aprelin 19- da Beynəlxalq Muğam Mərkəzində mərakeşli ifaçı Maalem Xoussam Quinia və onun qrupu   konsert proqramı ilə çıxış edib.
Konsert Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və  Mərakeş səfirliyinin dəstəyi ilə reallaşıb.
İlk olaraq  konsertdə Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək  iki ölkə arasında əlaqələrdən söhbət açıb. Son illər Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan diplomat sözügedən konsert proqramının bu qəbildən olduğunu söyləyib.  Səfir Gnawa musiqisinin Mərakeşin minillik tarixində, sivilizasiyaların əsl kəsişməsindəki zəngin və müxtəlif mədəni irsinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, “GNAWA”musiqi qrupunun ifa etdiyi “Krotal”, “Tanbur”, “Guembri” musiqi alətlərinin tarixi, hazırlanması, materialları haqqında məlumat vermişdir.
Konsertdə  “GNAWA” üslubunda ifalar təqdim olunub. “GNAWA” üslubu  Mərakeşin ən əlvan və rəngarəng mədəni irsinin əsas istiqamətlərindəndir.Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi, qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyalarıdır.
Konsert musiqiçilərin ifaları ilə yanaşı möhtəşəm rəqslərlədə  yadda qaldı.
Mərakeşli musiqiçilərin ifaları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd etmək lazımdır ki, Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən, Yunanıstandan və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir. Muğam Mərkəzi “Sound Waves” adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.
Aprelin 21 Beynəlxalq Muğam Mərkəzində muğam konserti keçiriləcək. Solistlər –  xanəndələr Abgül Mirzzəliyev və Könül Məmmədli.
 Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!