EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində Mərakeş etnik musiqisi səslənəcək

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.

Qeyd etmək lazımdır ki, Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən, Yunanıstandan və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir. Muğam Mərkəzi “Sound Waves” adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.

Aprelin 19-da keçiriləcək konsertdə Mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifalar təqdim edəcək. Tədbir Mərakeş səfirliyinin dəstəyi ilə keçiriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!