ETSN könüllü qanvermə aksiyası keçirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Azərbaycan ordusuna, silahlı qüvvələrə mənəvi dəstəyini qanvermə aksiyası ilə bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edir.

Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.

ETSN səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: