Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin qala konserti keçirilib

Mayın 15- də Beynəlxalq Muğam Mərkəzində “Sürət və cürət” adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.
Konsert Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb.
İlk olaraq ADMİU-nun “Musiqi sənəti” fakültəsinin dekanı, professor Ceyran Mahmudova çıxış edərək müsabiqənin məqsədi və əhəmiyyəti haqqında danışıb.
“Sürət və cürət” adlı I Etüd Müsabiqəsinin III yerə- Nigar Hüseynov, Gülnar Axundova,Zaur Məmmədov II yerə-Nurlan Abdullazadə,Günel Fərzəliyev, Elməddin İbrahimov, I yerə -Züleyxa Şıxıyeva, Pərvin Paşazadə və Qran Priə isə-Ramiz Sevdiməliyev  layiq görülüblər.
Daha sonra tədbirdə qalib və laureatların ifasında F.Şopenin, S.Raxmaninovun, Q.Qarayevin, F.Əmirovun,  A.Məlikovun, K.Çerninin,A.Əliyevin, A.Skyrabinin əsərləri səslənib.
Konsert maraqla və sürəkli alqışlarla qarşılanıb.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: