“Eurodesign” “Formula-1”də innovativ İT xidmətləri təmin etdi

“Bakı Şəhər Halqası” əməliyyat şirkətinin texnologiya tərəfdaşı olan “Eurodesign” şirkəti “Formula-1″ Azərbaycan Qran-prisində oyunların yüksək səviyyədə keçirilməsi üçün ən innovativ İT xidmətləri təqdim etdi.

4-6 iyun tarixlərində keçirilən Azərbaycan Qran-prisində “Eurodesign” şirkəti bütün texnoloji sistemlər və İT xidmətləri üzrə işləri uğurla həyata keçirdi.

Şirkət ən son texnologiyaları tətbiq edərək “Bakı Şəhər Halqası”nda müasir intellektual infrastruktur yaratdı. Halqada baş verənlərin şəffaflığının təmin edilməsi, həmçinin məlumatların toplanması üçün şirkət tərəfindən 39 ədəd HD IP kamera quraşdırılmışdı. Bu kameraların ötürdüyü bütün məzmunlar yarışı idarəetmə binasında yerləşən vahid mərkəzdə toplanmışdı. Yarış müdiriyyəti trassada baş verən hadisələrə 18 ədəd 55 düymlük yüksək çözümlülüklü professional LED ekranlardan qurulmuş videodivarda nəzarət edirdi.

“Eurodesign” şirkəti əvvəlki təcrübələrindən də istifadə edərək yarışların effektiv və etibarlı virtual mühitini təmin etdi.

Şirkət verilənlərin toplanması sahəsində də uğurlu xidmət göstərib. Qeyd edək ki, bir yarış ərzində 12 terabayta yaxın verilən toplanır. Həmin verilənlər təhlil edilir, nəticələr isə bolidin aerodinamikasının, əyləc sisteminin və s. təkmilləşdirilməsində istifadə olunur. Beləliklə, əldə edilən verilənlərdən ən səmərəli şəkildə bəhrələnən komanda qalib gəlir.

Bundan başqa, “Eurodesign” mütəxəssisləri “Formula 1”in keçirildiyi obyektlərdə radioelektron vasitələrin elektromaqnit uyğunluğunun təmin olunması, təşkilatçıların və iştirakçıların istifadə etdikləri radioelektron qurğulara qadağan olunmuş radiomaneələr törədən mənbələrin aşkarlanması, habelə yarışların hazırlıq və keçirilmə mərhələlərində radiotezlik spektrindən istifadə qaydalarının pozulma hallarının aşkarlanması və s. vəzifələrini yüksək peşəkarlıqla yerinə yetiriblər.

“Eurodesign” mütəxəssisləri tərəfindən, eləcə də pit-leyn səsli siqnalizasiya sistemi və pit-stopa girən obyekt haqqında işıqlı siqnal verən sistem quraşdırılmışdı.

“Eurodesign” şirkəti həmçinin Bakı Şəhər Halqasının www.bakucitycircuit.com rəsmi saytının yaradılması, dəstəklənməsi və onun mümkün kiberhücumlardan qorunmasını uğurla həyata keçirib. Yarış günlərində bu İnternet resurs vasitəsilə istifadəçilərə aktual məlumat, son xəbərlər və yarış cədvəli təqdim olunurdu.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: