EventsSərgiSəyahətTurizmTəqdimat

“EuroVillage” festivalı yenidən bakılıları və şəhərimizin qonaqlarını sevindirəcək!

2 iyun 2018-ci il tarixində Dənizkənarı Milli ParkdaAzərbaycan  Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı – “Avropa Şəhərciyi” festivalı keçiriləcək. “Avropa Şəhərciyi2018” festivalı Avropa İttifaqı və onun dəyərləri, eləcə də Aİ və Azərbaycan arasında mövcud olan çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat almaq istəyən insanlar üçün ideal fürsət olacaq.

Ənənəvi olaraq, Avropa Şəhərciyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Avropa İttifaqına üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıqda təşkil olunur. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir.

Avropa Şəhərciyi günorta saat 12:00-dan etibarən ziyarətçilər üçün açıq olacaq. Bu ilki festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, Avropa Şəhərciyində Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri (master-klas), “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək. AFFA tərəfindən təşkil edilmiş xüsusi meydançada isə siz dostlarınızla xoş vaxt keçirə və futbolçularla qol vura bilərsiniz! Bundan başqa, festivalın qonaqları “paella” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il Avropa Şəhərciyinə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. Avropa Şəhərciyində ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcəkdir. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət olan milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

Bu il Avropa Şəhərciyində A.N. Ələkbərov adına Azərbaycan Dövlət İncəsənət Gimnaziyası da iştirak edir və gimnaziyanın şagirdləri tədbirdə gips və gildən müxtəlif fiqurlarhazırlayacaqlar. Bundan başqa, siz festivalda dulusçuluq işi üzrə ustad dərsinə də qatıla biləcəksiniz.

Ənənəvi olaraq, Avropa Şəhərciyindəuşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə isə xüsusi mükafatlar təqdim olunacaq.Avropa Şəhərciyiqonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaqdır.

Beləliklə, Avropa Şəhərciyində uşaq və böyükləri bir sıra maraqlı tədbirlər gözləyir. Siz “EuroVillage 2018” festivalının proqramı ilə sosial şəbəkələrdəki https://www.facebook.com/EUDelegationtoAzerbaijan/səhifəmizdə yaxından tanış ola bilərsiniz. Ailə üzvləri ilə əyləncəli vaxt keçirmək, xoş təəssüratlar qazanmaq və yeni dostlarla tanış olmaq istəyən hər kəs bulvardakı saat qülləsinin yaxınlığında keçiriləcək Avropa Şəhərciyini ziyarət edə bilər. Festivala gəlin və Avropanı Bakıda kəşf edin!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!