“Eurovision-2018” mahnı müsabiqəsinin vaxtı açıqlanıb

Gələn il Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi açıqlanıb.

Frame.az xəbər verir ki, müsabiqənin yarımfinal mərhələsi gələn il mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq “Eurovision-2017” müsabiqəsini qalibi adını qazanmışdı.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: