MüsabiqələrMusiqiTəqdimat

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

Frame.az xəbər verir ki, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. Qeyd edək ki, Niderland “Eurovision” mahnı yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub.

Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!