“Eurovision”un qalibi bəlli oldu

Kiyevdə baş tutan “Eurovision 2017” mahnı müsabiqəsi başa çatıb.

Frame.az-ın məlumatına görə, 62-ci “Eurovision” yarışmasında Portuqaliya qalib olub. Portuqaliya təmsilçisi Salvador Sobral yarışmada “Amar Pelos Dois” mahnısını səsləndirib. Qalib münsiflər tərəfindən 382 səs alıb. Tamaşaçılar isə ən yüksək səsi Portuqaliyaya verib.

Qeyd edək ki, Azərbaycanı Diana Hacıyeva “Skeleton” mahnısı ilə təmsil edirdi. Diana 120 səs toplayıb. İtaliya və Portuqaliya münsif səsverməsində Azərbaycana 12 xal verib. Tamaşaçı səsverməsində isə ölkəmizə 42 xal verilib.  

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: