Bizim AşpazDünya MətbəxiLəzzətli Bölüm

Evdə hazırlanan limonlu dondurma

Tərkibi:
2 stəkan yarım şəkər tozu
5 ədəd limon
5 stəkan su
Hazırlanması:
Şəkər tozunu və suyu bir qazana tökərək 5 dəqiqə qaynadın. Daha sonra qarışığın soyumasını gözləyin. Kənarda limonları sıxıb şirəsini  başqa bir qaba tökün. Limon şirəsini soyumuş şəkər tozu və su ilə qarışdırın. Daha sonra əldə etdiyiniz qarışığı tor süzgəcdən keçirin.
Buzluğa qoyub dondurun. Arada bir qarışdırın. Tam donduqdan sonra süfrəyə verin.
 
Nuş olsun!
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!