Evdə hazırlaya biləcəyiniz lahmacun

Lahmacun bir çoxlarının sevdiyi yemək növüdür. Restoranlarda bir neçə : sadə, ətli, acılı, pendirli və s. kimi növlərinə rast gəlirik. Bugün evdə hazırlaya biləcəyiniz, dadlı, ləzzətli, ətli lahmacunun reseptini sizlərlə bölüşmək istəyirik. Bunun üçün sizə aşağıdakı ərzaqlar lazım olacaq.

Tərkibi:

250 qr un
1,5 su stəkanı su
1 çay qaşığı quru maya
1 çay qaşığı duz

İçinə gedəcək ərzaqlar:
200 qr qiymə
2 ədəd pomidor
1 ədəd böyük soğan
2 ədəd yaşıl bibər
½ dəstə cəfəri
4 diş sarımsaq
1.5 çay qaşığı tomat

Hazırlanması:
İçliyi hazırlamaq üçün yaşıl bibər, pomidor, soğan, cəfəri və sarımsağı çəkin. Hazırladığınız qarışığı və tomatı qiymənın üzərinə əlavə edərək yaxşıca qarışdırın.
Xəmiri hazırlamaq üçün unu ələyərək bir qaba tökün. Maya və duz əlavə edərək qarışdırın. İlıq suyun içinə zeytun yağı tökün. Unun ortasını açaraq suyu bura tökün və yoğurun. Xəmiri yoğurduqdan sonra üzərini bağlayın. Sonra xəmiri unlanmış yerə qoyub parçalara bölün. Hər parçanı oxlov ilə çox incə formada açın. Açdığınız xəmirin üzərinə içliyi bərabər şəkildə tökərək yayın. Sobanın qızartma hissəsini ən yüksək istilikdə tənzimləyin. Tavanı istilədib lahmacunu içinə qoyun. Tavadakı lahmacunun altı yüngül qızarana qədər bişirin və sobanın qızartma hissəsinə qoyun. Kənarları yüngül qızardıqdan sonra sobadan çıxarın. Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: