FinansFrame Life

“Excelsior Hotel & Spa Baku” oteli aprel ayında birinci yerə çıxdı

“Excelsior Hotel & Spa Baku” oteli aprel ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 160 məlumat işıqlanmışdır.
“Media Consulting & Services” şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.
“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı aprel ayında mətbuatda 4 pres reliz işıqlamışdır. Cari ilin aprel ayında otelin təşkilatçılığı ilə keçirilən “Baku Fashion 2017” moda tədbirində dizayner Günay Quliyevanın, dizayner Renara Şəmsiyeva, dizayner Gülüm Əsədullayeva, Yekaterina Eren və Liana Allahverdiyeva – «Fashion Lab» brendı və kolleksiyaları nümayiş olunmuşdur. Həmçinin, may ayında otelin təşkilatçılığı ilə 28 May Respublika gününə həsr edilmiş “Nə?, Harada?, Nə Vaxt?” intellektual oyunu keçiriləcək.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!