“Excelsior Hotel & Spa Baku” oteli peşəkar tədris proqramını təklif edir

“Excelsior Hotel & Spa Baku”  oteli mehmanxana sektorunda peşəkar tədris ilə bağlı tədris proqramını  təklif edir. Otelin İnsan resursları departamenti tərəfindən təcrübə toplamağın proqramı işlənib hazırlanmış və tətbiq edilmişdir ki, bu proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Turizm fakültələrinin tələbələrini əhatə edir. Bir ay ərzində tələbəlik təcrübəsini keçmək imkanı mövcud olan əvvəlki illərdən fərqli olaraq, indi praktiki biliklər əldə etmək üçün imkanlar xeyli genişlənmişdir. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulmuş, proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.

“Excelsior Hotel & Spa Baku” otelinin İnsan resursları departamentinin meneceri Kamran Rzayevin qeyd etdiyi kimi, bundan qarşılıqlı fayda göz qabağındadır, tələbələr bilavasitə iş yerlərində praktiki təcrübə keçir, otelin kadr xidməti isə – gələcəkdə namizəd ola biləcək əməkdaşlar əldə edir. Bu proqram adi tələbə təcrübəsindən  xeyli genişdir və gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə kömək edir. Bu gün “Excelsior Hotel & Spa Baku” oteli – yüzlərlə insan üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən  ibarətdir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: