“Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

18 yanvar 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini “Excelsior Hotel & Spa Baku” otelinin departamentlərində keçə biləcəklər.

Tədbirdə  “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz, otelin HR meneceri Kamran Rzayev, “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova Qərb Universitetinin “İqtisadiyyat, marketinq və menecment” kafedrasının müdiri i.ü.f.d., prof Pərviz Qurbanov, “Riyaziyyat və kompüter texnologiyaları” kafedrasının müdiri p.ü.f.d, dos. Rəna Hacıyeva və Qərb Universitetinin tələbələri iştirak etdilər.

Tədbirdə otelin baş meneceri  Turhan Poyraz tələbələri salamladı və əməkdaşlığın davamlı və uğurlu olacağına, onların oteldə təcrübə keçməsi  gələcək fəaliyyətlərinə uğurlu təsir göstərəcəyinə əmin olduğunu bildirdi. Tələbələrə istehsalat və diplomqabağı təcrübələrində uğurlar arzuladı. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: