EventsSəyahətTəqdimat

“Excelsior Hotel & Spa Baku” oteliilin otel və SPA kompleksi seçilib

“Excelsior Hotel & Spa Baku” oteli “Business Time”  jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. Mükafat 10 fevral 2018-ci il tarixində “Azeri Business Award”  mükafatının təqdimetmə mərasimində  “Excelsior Hotel & Spa Baku”  otelinin baş meneceri  Turhan Poyraza təqdim edilib.

Təqdimetmə mərasimində otelin baş meneceri Turhan Poyraz  “Business  Time” jurnalının rəhbərliyini oteli bu mükafata layiq gördükləri üçün təşəkkür  edib.  Turhan Poyraz bildirib ki,  Azərbaycanda turizmin inkişafında “Excelsior Hotel  & Spa Baku” otelinin xüsusi yeri var.  Otel  daim  müştəri məmnuniyyətini üstün tutur  və  oteldə  xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir.

“Excelsior Hotel &  Spa Baku” oteli 2017-ci ildə sosial və biznes yonümlü tədbirlərin keçirilməsində fəal olmuşdur. Otelinin təşkilatçılığı ilə 2017-ci ildə  “Baku Fashion 2017” tədbiri, “Yay tədbiri”, turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlarvə digər tədbirlər keçirilmişdir. “Media Consulting& Services”  şirkətinin apardığı monitoqinqə görə   “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycanda fəaliyyət göstərən otellər arasında mətbuatda işıqlanan məlumatların sayına görə 2017-ci ilin  yanvar, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr və noyabr  aylarında birinci olmuşdur.

“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!