“Excelsior Hotel & Spa Baku” otelində yay mövsümünün açılış mərasimi keçiriləcək

İyulun 7-də “Excelsior Hotel & Spa Baku” hotelində yay mövsümünün açılışı mərasimi keçiriləcək.

Frame.az xəbər verir ki, bu barədə jurnalistlərə “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova məlumat verib.

Onun sözlərinə görə, hər il olduğu kimi bu ildə “Excelsior Hotel & Spa Baku” hoteli öz ənənəsinə sadiq qalaraq açılış mərasimini açıq hovuzun ətrafında keçirəcək. Mərasimdə “AtaHolding” şirkətlər qrupunun tərəfdaşları, şirkət rəhbərləri, diplomatlar, KİV nümayəndələri, o cümlədən tanınmış ictimaiyyət xadimləri iştirak edəcəklər. Mərasimdə lotoreya oyunu da keçiriləcək. Mərasim iştirakçıları loterayada iştirak edərək qiymətli hədiyyələrə sahib ola biləcəklər.

D.Zamanova qeyd edib ki, paytaxtımıza gələn çoxsayılı qonaqlar və şəhər sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər. Ümumiyyətlə isə hotel şəhərin mərkəzində olsa da, bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.

Hovuz ətrafında olan “Green House” restoranı, kafe və bar qonaqlara türk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir. 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: