Frame LifeTəqdimat

“Excelsior Hotel & Spa Baku” otelində yay mövsümünün açılış mərasimi keçirilib-fotolar

“Excelsior Hotel & Spa Baku” hotelində “AtaBank” ASC-nin dəstəyi ilə ənənəvi “Summer Party” (yay partisi) açılış mərasimi keçirilib

Frame.az xəbər verir ki, açılış mərasimində “AtaHolding” şirkətlər qrupunun tərəfdaşları, şirkət rəhbərləri, tanınmış ictimaiyyət xadimləri, ziyalılar, aparıcı KİV nümayəndələri iştirak ediblər.

Açılış mərasimində jurnalislərə müsahibə verən “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, hər il olduğu kimi bu ildə “Excelsior Hotel & Spa Baku” hoteli öz ənənəsinə sadiq qalaraq açılış mərasimini açıq hovuzun ətrafında təşkil edib. Bildirib ki, paytaxtımıza gələn çoxsayılı qonaqlar və şəhər sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.

Ümumiyyətlə isə hotel şəhərin mərkəzində olsa da, bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.

Hovuz ətrafında olan “Green House” restoranı, kafe və bar qonaqlara türk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir.

Mərasimdə loteraya oyunu keçirilib. Mərasim iştirakçıları “Excelsior Hotel & Spa Baku” hotelinə hədiyyə paketləri, Türk Hava Yollarının İstanbula təşkil etdiyi biznes klass biletləri, o cümlədən qiymətli hədiyyələr qazanıblar. Bundan başqa mərasim iştirakçıları hotel tərəfindən təşkil olunmuş moda sərgisi ilə də tanış olublar.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!