«Excelsior Hotel & Spa Baku» otelinin dəstəyi ilə “Baku Fashion Night 2017”keçiriləcək

Aprelin 14-də “Excelsior Hotel & Spa Baku”otelinin, FMS Models model agentliyinin dəstəyi,  LyubovQutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night-ın təşkilatçılığı ilə moda həvəskarları üçün növbəti, altıncı“Baku Fashion Night 2017” layihəsi baş tutacaq.

Bu layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə– Payız – QışvəYaz – Yay mövsümlərində keçirilir. Layihənin məqsədi Azərbaycan dizaynerlərinə dəstək olmaq, həmçinin peşəkarlara və həvəskarlara fikir mübadiləsi aparmaq, dəb meyillərini müzakirə etmək və öz fikirlərini bildirmək imkanı verməkdir. Bu layihə həmişə yeni adlar açıqlayır, və bu dəfədə belə olacaq.

Baku Fashion Night 2017-nin iştirakçıları:

Layihəni Diana Bağırovanın rəhbərliyi ilə gecə geyimi üslubunda bir neçə mövsüm ərzində sevilmiş Atelier «Desire” gənc komandası açacaq. Atelier «Desire”nin şüarı belədir – bu dəbdir, effektlidir, rahatdır, inanlımaz dərəcədə üslubludur, ən əsası isə əl çatandır!

Dizayner Günay Quliyevanın «Gunay Exclusive» moda evi

Dizayner Renara Şəmsiyeva – brend “RENARA”

Dizayner Gülüm Əsədullayeva

Yekaterina Eren və Liana Allahverdiyeva – «Fashion Lab» Brendi

Aksessuarlar dizayneri Xuraman Kaplan.

Baku Fashion Night 2017 (1 mövsüm) Bakıda Baku Shopping Festivalının keçirildiyi dövrdə baş tutacaq və bu layihənin qonaqları təkcə Bakının modapərəstləri deyil, həm də festival keçirildiyi günlərdə Bakıya gələn xarici qonaqlar olacaq.

Təşkilatçılar – FMS Models model agentliyi,  Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night təşkilatı.

Biletləri Excelsior Hotel & Spa Baku otelindən almaq olar.

Tədbirin başlanması – 19.00, Afurja Ballroom.

Əlaqə nömrələri: (012) 496 80 00, (050) 235 35 08

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: