Fashion

«Excelsior Hotel & Spa Baku» otelinin dəstəyi ilə “Baku Fashion Night 2017” keçirildi

Aprelin 14-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin dəstəyi,  Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night-ın təşkilatçılığı ilə moda həvəskarları üçün növbəti, altıncı “Baku Fashion Night 2017” layihəsi baş tutdu.

Bu layihə  2014-cü ilin aprel ayından ildə iki dəfə– Payız – Qış və Yaz – Yay mövsümlərində keçirilir. Layihənin məqsədi Azərbaycan dizaynerlərinə dəstək olmaq, həmçinin peşəkarlara və həvəskarlara fikir mübadiləsi aparmaq, dəb meyillərini müzakirə etmək və öz fikirlərini bildirmək imkanı verməkdir. Bu layihə həmişə yeni adlar açıqlayır və bu dəfə də belə oldu.

Baku Fashion Night 2017-nin iştirakçıları:

Layihəni Diana Bağırovanın rəhbərliyi ilə gecə geyimi üslubunda bir neçə mövsüm ərzində sevilmiş Atelier «Desire” gənc komandası açacaq. Atelier «Desire”nin şüarı belədir – bu dəbdir, effektlidir, rahatdır, inanlımaz dərəcədə üslubludur, ənəsası isə əl çatandır!

Dizayner Günay Quliyevanın «Gunay Exclusive»  moda evi

Dizayner Renara Şəmsiyeva – brend “RENARA”

Dizayner Gülüm Əsədullayeva

Yekaterina Eren və Liana Allahverdiyeva – «Fashion Lab» Brendi

Aksessuarlar dizayneri Xuraman Kaplan.

Baku Fashion Night 2017 (1 mövsüm) Bakıda Baku Shopping Festivalının keçirildiyi dövrdə baş tutdu və bu layihənin qonaqları təkcə Bakının moda pərəstləri deyil, həmdə festival keçirildiyi günlərdə Bakıya gələn xarici qonaqlar oldu.

Təşkilatçılar – FMS Models model agentliyi,  Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night təşkilatı.

Tədbir 19.00-da “Excelsior Hotel & Spa Baku” otelinin Afurja Ballroom zalında baş tutdu. Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!