Faydamız Olsun

Expressbank-da qanvermə aksiyası keçirilib

Expressbank kollektivi ötən illər olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq, Mərkəzi Qan Bankı ilə birlikdə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində qan xəstəliyindən əziyyət çəkən insanlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası təşkil etmişdir.

Hazırda respublikamızda 2000-dən artıq qan xəstəliklərindən əziyyət çəkən insanların köməyə ehtiyacları vardır. Bankın baş ofisində keçirilmiş qanvermə aksiyasında Expressbank-ın əməkdaşları fəal iştirak etmişlər. Ümumiyyətlə, Expressbank kollektivi mütəmadi olaraq uşaq evləri, qocalar evi, şəhid ailələrini ziyarət edir və sosial yönümlü aksiyalara xüsusi diqqət ayırırlar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!