CinemaEventsTəqdimat

Elmar Məlikovdan yeni film – “Yapışqan 2 Xasməmməd”

EMD films-in istehsal etdiyi, gənc rejissor/produser Elmar Məlikovun komandası ilə ərsəyə gətirdiyi “Yapışqan 2 Xasməmməd” komediyası, “EMD films” youtube kanalında.

Filmin birinci hissəsi 2020-ci ilin mart ayında yayımlanmışdır.

İkinci hissənin məzmunu :
“Ötən illərini yada salan Xasməmməd kişi, cavanlıqdakı uğursuz sevgisini (Sənubəri) bərpa etmək fikrinə düşür. Belə ki, oğlu Xosrov, anasının vəfatından sonra atasının 2-ci evliliyinə razı olmur. Öz vədindən geri dönməyən Xasməmmədə, köhnə qonşusu Dostəli kömək edir… Sonda Xasməmmədin özünəməxsus “surprizi” situasiyanı tamam dəyişir.”
Yaradıcı heyyət :
ssenari müəllifləri – Elmar Məlikov, Böyükağa Mehdizadə, Samir Həsənov ; icraçı produser – Zeynalabdin Tağıyev (Ziko Baku) ; operator – Yaqub Ağayev ; baş produser – Elmar Məlikov.
Rollarda :
Elmar Məlikov, Hüseyn Sadıqov, Əminə Cəfərova, Kənan Aydın, Hüseyn Rzayev, Zeynalabdin Tağıyev, həmçinin Rus Dram Teatrı və Planet Parni iz Baku KVN Teatrının aktyoru Ramil Əliyev.

Filmi izləmək üçün :
https://youtu.be/ows44bnSXzo

İnformasiya dəstəyi Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!