Fərhad Əliyevin fərdi sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsi  və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 8 iyun tarixində saat 12:00-da Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Fərhad Əliyevin fərdi  sərgisi keçiriləcəkdir.

Fərhad Əliyev 1954-cü il  mayın 5-də  Gəncə şəhərində  anadan olmuşdur.  Rəssam 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Fərhad Əliyev 1997-2002-ci illərdə Uşaq Rəssamlıq Məktəbində işləmişdir. Rəssamın 1995-ci və 2006-cı illərdə Gəncə şəhərində iki fərdi sərgisi keçirilmişdir.

Fərhad Əliyevin özünəməxsus yaradıcıllıq yolu, qeyri-adi üslubu, ustalığı, fərdi dəst-xətti ilə tanınan əsərləri hər zaman böyük maraqla qarşılanır.

Sərgi iyun ayının 10-a qədər davam edəcəkdir.

Sərgiyə giriş sərbəstdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: