EventsTəqdimat

Fəxrəddin Manafov 4 illik fasilədən sonra yenidən teatr səhnəsində (FOTO)

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının nümayişi keçirilib. 
Frame.az  xəbər verir ki, gecənin ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub. Fəxrəddin Manafov 4 illik fasilədən sonra məhz bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb.
Premyerası ötən mövsümün sonunda baş tutan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
“Kazanova: sevgi dərsləri” əsərinin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Baş rol – Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Fəxrəddin Manafov ifa edib. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edib.
“ADDIM” Gənclər Təşkilatının təşəbbüsü ilə “Teatra ADDIMla” layihəsi çərçivəsində keçirilən tədbirdə F.Manafov gənclərlə görüşüb, fotolar çəkdirib.14705804_668795119946461_5581436288390547807_n 14725562_668795116613128_6104934594224010304_n-1 14721696_668795219946451_7009363192486257940_n 14522807_668795306613109_7251669876138665377_n 14702257_668795579946415_6743942843443163661_n 14595706_668795393279767_1800399686673820153_n-1 14691021_668795486613091_6173933902199943206_n 14671157_668795523279754_2067381698589558972_n 14695364_668794713279835_583256037127680490_n 14595720_668795883279718_4157602747444223515_n-1 14639574_668795746613065_5074483271107997154_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!