Fəxrəddin Manafov pərəstişkarları ilə görüşəcək

Xalq artisti, tanınmış teatr və kino aktyoru Fəxrəddin Manafovla görüş olacaq.

Frame.az-ın məlumatına görə, tədbir “ADDIM” Gənclər Təşkilatının “Teatra ADDIMla” layihəsi çərçivəsində reallaşır. Oktyabrın 14-də saat 18:00-da Rus Dram Teatrında baş tutacaq görüşdə sənətkarın baş rolu ifa etdiyi “Kazanova” tamaşası nümayiş etdiriləcək. Səhnə əsərindən sonra isə xalq artistini sevənlər və pərəstişkarları onunla görüş imkanı əldə edəcək.

Qeyd edək ki, əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: