Fəxriyyə Xələfova hind geyimi sarini təqdim edəcək

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova “Bollywood Night” gecəsində Azərbaycanın qadın milli geyiminin özünəməxsus fəlsəfəsini əks etdirən parlaq rənglərin, bol dekor və bəzəklərin, eləcə də yüngül və axan parçaların qeyri-adi ahənginin olduğu geyim kolleksiyasını təqdim edəcək.

Bunu “Full House Entertainment”ın rəhbəri Dia Soun Kxe deyib.

Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilən möhtəşəm “Bollywood Night” bayramı noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

F. Xələfova bildirib ki, azərbaycanlı qadınların milli geyimləri çox gözəldir, zərif siluet və biçimləri var: “Bu da bizim gözəllərimizin qıvraq qamətlərini vurğulayır. Tərəfimdən hazırlanan kolleksiya biçim və parçanın, aksesuarların və ya dekorun xüsusiyyətlərində biruzə verən qadın incəliyinin tərənnümüdür. Qeyd etmək istərdim ki, artıq ardıcıl bir neçə mövsümdür ecazkar hind stilində olan geyimlər dünya podiumlarını tərk etmir. Mən “Bollywood Night” podiumunda sürpriz təqdim edəcəm – hind stilində paltar. Hind stilistikasının müasir obrazı bir qədər avropalaşdırılıb və qədim Hindistanın əfsanəvi geyimlərindən müəyyən qədər fərqlənir. Hələ qədim Hindistan dövründən bəri bütün dünyada məşhur olan əsas dəb obrazı saridir. Hind sarisi axan parçalardan hazırlanır. Bu, ideal materialdır – parlaq və cəsarətli əlvan rənglərdən ibarət təbii ipək parça. Əgər sari və alt bluza rəng təzadları və faktura üzrə həmahəngdirsə, ideal görünür. Hazırda dəbpərəstlər təntənəli tədbirlər üçün parlaq Hindistan stilitikasında olan gecə geyimlərini  seçirlər”.

“Bollywood Night” Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə keçiriləcək, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Qonaqlar arasında “hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün “Made in India”, “Zoobie Zooby”, “Mujhe Log Bole”, “Raja Hindustani”, “Sona Sona Roop Hai”, “Kajra Re” xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək. Konsert proqramında Ceyhun Bakinski də iştirak edəcək.

“Bollywood Night” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & ShoppingFestival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “Asan Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night  saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: