F.X.Xoyski və Ə.B.Ağaoğlu Ali mükafatları təsis edilib

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi “Fətəli Xan Xoyski Ali Mükafatı”nı və “Əhməd Bəy Ağaoğlu Ali Media Mükafatı”nı təsis edib.

Bu barədə Frame.az-a məlumat verən təşkilat sədri Zaur Qəriboğlu birliyin idarə heyətinin iclasında verilən qərarı şərh edərkən, bunları deyib: “Bilirsiniz ki, təşkilatımız informasiya sahəsində fəaliyyət göstərir. Azərbaycan dövlətinin jurnalislərə, media qurumlarına olan diqqət və qayğısı danılmazdır. Biz də QHT olaraq,  bu sahədə fəaliyyət göstərən insanların qiymətləndirilməsini, mükafatlandırılmasını özümüzə borc hesab edirik. Bu üzdən də birliyimiz “Fətəli Xan Xoyski Ali Mükafatı”nıtəsis edərək,ildə iki dəfədən çox olmayaraq,Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərinə görə fərqlənən şəxslərə təqdim edəcək.

Həmçinin vətənpərvərliyin təbliğində mediada xidmətlərinə görə fərqlənən şəxslər isə tərəfimizdən “Əhməd bəy Ağaoğlu Ali Media Mükafatı”ilə təltif olunacaqdır” – deyən, BİRA sədri bu mükafatlardan əlavə olaraq, təşkilat informasiya müharibəsində Azərbaycan həqiqətlərinin yayılmasında yeni xidmət edən şəxsləri də“İnformasiya Müharibəsində fəaliyyətinə görə Debüt Diplom”u, sosial media hesablarında Azərbaycanın haqq səsinin bir neçə dillərdə yayımını həyata keçirən istifadəçilər isə “Sosial mediada Azərbaycan həqiqətlərini təbliğ etdiyinə görə Fəxri Fərman”la təltif ediləcəklərini qeyd edib. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: