FAİQ AĞAYEVDƏN HƏVƏSKARLAR ÜÇÜN MÜSABİQƏ

“Uşaq kimi”ni oxu və onun özünə göndər… Xalq artisti, estrada ulduzu Faiq Ağayev müsabiqə elan edib. Frame.az-ın məlumatına görə, o, yeni “Uşaq kimi” adlı hitini ən yaxşı oxuyanlar arasında yarışma keçirəcək. Bu kiçik müsabiqədə yalnız həvəskar dinləyicilər iştirak edə bilər. Xalq artistinin keçirdiyi müsabiqəyə qatılmaq üçün onun mahnısını oxuyub İnstagramda #”Uşaq_ kimi” haştagı ilə müğənninin elə özünə yollamaq kifayətdir. Qalib gələn iştirakçı müğənni tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılacaq. Onu da xatırladaq ki, “Uşaq kimi” mahnısının musiqisi və aranjimanı Rabil Səfərli, sözləri Rauf Sübhi mix-masteri isə Givi Usenaşviliyə məxsusdur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: