FAO Azərbaycanda zərərvericilər və pestisidlərin idarə edilməsinə dair 4 İllik layihəyə start verdi

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu nöqsanların aradan qaldırılması üçün “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” adlı regional layihəyə start verdi. Keçən həftə Bişkekdə, Qırğızıstanda keçirilən layihənin ilk seminarı, bu gün Bakıda baş tutmuşdu.

Qlobal Ətraf mühiti Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu dörd illik layihənin məqsədi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən DÜÇ-lərin ətraf mühitə sızmasını azaltmaq və pestisidlərlə düzgün mübarizə aparmaq üçün potensialı gücləndirməkdir.

“Zərərvericilərlə mübarizə və pestisidlərin idarə olunması barədə danışarkən, biz əkinçilik, bitki istehsalı və məhsuldarlıq ilə yanaşı, zərərvericilərin və pestisidlərin kiçik fermerlərə, bazarlara, ticarətə və təbii sərvətlərə necə təsir göstərdiyini də danışırıq” – FAO-nun beynəlxalq eksperti Tania Santivanez söylədi. ” Bu, sağlam qidaların mövcudluğuna və sağlam qidanın əldə olunmasına təsir göstərərək ümumi ərzaq sisteminə təsir göstərir”.

Sentivanez qeyd edib ki, region üzrə 900 min tonluq çirkləndiricilər və yararsız olan pestisidlər təhlükəsiz qaydada məhv olunmalıdır və çirklənmiş sahələr bərpa olunmalıdır.

İqlim dəyişməsi və əkinçilik məhsullarının istehsalının intensivləşməsi zərərvericilərin və xəstəliklərin faizini artırır. Hesablamalara görə, həşəratlardan, otlardan və xəstəliklərdən təxminən illik itkilər 20 ilə 40 arasında dəyişir. Pestisidlər məhsul zərərlərinin azaldılmasında mühüm rol oynayır, lakin düzgün istifadə edilmədikdə, insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilərlər.

Santinavez ayrıca, FAO bu layihəyə inteqrasiya olunmuş zərərvericilərin idarə olunması ilə yanaşı alternativ həllərin artırılmasını və davamlı kənd təsərrüfatı naminə müəyyən məhsullara agroekoloji yanaşmaların təşviq edilməsini məqsəd qoyduğunu bildirdi.

Azərbaycan hökumətindən, qeyri-hökumət təşkilatlarından və universitetlərdən müxtəlif mütəxəssislərin iştirakı ilə zərərvericilər və pestisidlərin idarə olunması üzrə layihənin effektiv həyata keçirilməsi üçün aydın bir yol xəritəsi hazırlanacaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: