EventsTeatrTəqdimat

Fatma Mahmudova Musiqili Teatrda “3 gün sizinlə” layihəsində çıxış edib

Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi uğurla davam edir. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu dəfə layihə çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsüFatma xanım Mahmudova 3 gün ard-arda tamaşaçıların qarşısına çıxıb. O, E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı” musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.
Bu səhnə əsərlərində onun tərəf-müqabilləri Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gülnarə Əzizova, Səməd Xasıyev, Gültac Əlili, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Şaban Cəfərov, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqaları çıxış ediblər.
Hər üç tamaşa böyük uğurla keçib, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!