EventsTəqdimat

“Motivasiyalı işçi” təlimi keçirilib

2 iyun 2018-ci il tarixində “AtaTravel” MMC-nin kollektivi üçün “Motivasiyalı işçi” təlimi keçirildi. Təlimi “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova keçirdi. Təlimdə uğurun sirrləri, iş yerində motivasiyalı olmaq və qarşıya çıxan çətinlikləri həll etməyin yolları müzakirə olundu. Həmçinin, əməkdaşların motovasiyasını yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışıldı. Təlim iştirakçıları mövzu ilə bağlı praktiki tapşırıqlar etdilər. Təlim iştirakçılarına “Opalus Partners” şirkəti tərəfindən sertifikatlar təqdim edildi.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı bildirdi ki, “AtaTravel” MMC daim əməkdaşların müxtəlif təlimlərdə iştirakını təmin edir. Əməkdaşlar Azərbaycanının daxilində və xaricində keçirilən təlimlərdə iştirak edirlər.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!